Prezident:

Prezident: "Könüllülər hərəkatı Azərbaycanda geniş vüsət alıb"

Hazırda oxunan: Prezident: "Könüllülər hərəkatı Azərbaycanda geniş vüsət alıb"
0:00
0:00
58365
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Əgər bizim adət-ənənələrimizə qayıtsaq, Azərbaycan xalqı ehtiyacı olanlara həmişə kömək edirdi. Bizim milli xüsusiyyətimiz bundan ibarətdir. Ona görə könüllülük bizim elə bil qanımızdadır. Sadəcə olaraq, bunu hərəkət çərçivələrə gətirmək üçün təşkilati addımlar olmalı idi, bunlar da atıldı".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: "Müharibə gedə-gedə ovaxtkı iqtidar Gəncəni bombalayırdı"


Dövlətimizin başçısı bildirib ki, könüllülər hərəkatı Azərbaycanda artıq genişlənir və bu hərəkat bizdə “ASAN xidmət” mərkəzlərində başlayıb.

Bütövlükdə “ASAN xidmət” yarandıqdan bu günə qədər bəlkə də on minlərlə könüllü bu mərkəzlərdə çalışıb və sonradan onların bir çoxu həyatda özünü təsdiqləyib.

“Könüllülük də digər ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə mən bu hərəkata çox müsbət baxıram, gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərdən. Ona görə əminəm ki, Azərbaycanda bu hərəkatın çox gözəl gələcəyi var”, - deyə İlham Əliyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO