Paşinyan Soçidən sonra Brüsseldə başqa söz desə... – TƏFƏRRÜATI Razi Nurullayevdən

Hazırda oxunan: Paşinyan Soçidən sonra Brüsseldə başqa söz desə... – TƏFƏRRÜATI Razi Nurullayevdən

47922

Millət vəkili Razi Nurullayev üçtərəfli görüşün vacib hadisəyə çevrildiyini deyib. Çünki 3 dövlət başçısı arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası ilə bağlı qərar qəbul olunub.

Bizim.Media ilə özəl müsahibə zamanı Milli Cəbhə Partiyasının sədri bildirib ki, görünür, Rusiya lideri Vladimir Putin də bu məsələnin tez bir zamanda həll olunmasında maraqlıdır.

Ermənistanla Azərbaycan arasındakı mübahisə və konfliktlərin həlli prosesi barədə fikirləriniz nədən ibarətdir?
 

MÖVZU İLƏ BAĞLI:

Soçidə 3 ölkənin liderləri bəyanat imzaladı – TAM MƏTN


"Əslində Ermənistanla Azərbaycan arasında olan münaqişənin sonlandırılması üçün Rusiya ilə Avropa arasında yarışma gedir. Bu bir rəqabətdir və bu rəqabətin münaqişənin bitirilməsi üçün xeyirli olacağı düşüncəsindəyəm. Dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş keçiriləcək. Bu görüşdən də gözləntilər böyükdür. Ən azından, Ermənistanda böyük gözləntilər var. Avropa İttifaqının özü bu görüşdə israrlıdır və nəticə əldə etməsini düşünür. 

Digər tərəfdən isə Rusiya özünün inhisarında olan və daha çox əmək qoyduğu bu məsələdə heç də başqalarının dividend almasına göz yuma bilməz. Elə bunun üçün də Kreml Soçi görüşünü təşkil etdi və nəticə də əldə olundu".

Brüsseldən nə gözləmək olar?

"Bəli, bir çox insanı düşündürür ki, Brüsseldə nə əldə oluna bilər. Mənim düşüncəmə görə, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı qərar qəbul olundusa, deməli, ortada ciddi bir məsələ qalmır.
 

Ermənistan hər zaman kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsini Qarabağın "status"una bağlamaq istəsə də, dünən bununla bağlı heç bir müzakirə aparılmadı. Bu məsələni Brüsseldə qaldırsa, Ermənistan və Ermənistanın baş naziri özünü biabır etmiş olacaq. 


Bunu qaldırsa, danışıqlar prosesi bütöv pozulacaq. Avropadan da əliboş qayıtmamaq və orada nüfuzunu qorumaq üçün yəqin ki, Ermənistan tərəfində qalan mina xəritələrinin Azərbaycana verilməsi və bunun da əvəzində Azərbaycandan bir neçə erməni əsirlərin (diversant) qaytarılması xahiş olunacaq. Bu mümkün ola bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO