Prezident: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir”

Prezident: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir”

Hazırda oxunan: Prezident: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir”
42522
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız bu işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlə xanımı Zəngilana səfər etdi


“Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəldilər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi.

Yəni bu onu göstərir ki, xalqımız bu müqəddəs Zəfər gününü gözləyirdi və bütün çətinliklərə baxmayaraq, bütün əzab-əziyyətlərə baxmayaraq bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO