Milli Şurada yeni  qalmaqal

Milli Şurada yeni qalmaqal

Hazırda oxunan: Milli Şurada yeni qalmaqal

40351
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov Milli Şurada təmsil olunan “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevi və “Azəri-Talış” Birliyinin sədri Mehdibəy Səfərovu xarici kəşfiyyata işləməkdə ittiham edib. Modern.az saytı xəbər verir ki, Hacıbaba Əzimov onları Milli Şuraya “El” Hərəkatının sədri Eldar Namazovun gətirdiyini bildirib. 

M.Səfərov VAMBP sədrinin dediklərinə Milli Şuranın cavabını gözlədiklərini deyib. Onun sözlərinə görə, Milli Şura bununla bağlı münasibət bildirməsə, o, qurumla bağlı mövqeyində dəyişiklik edəcək. 

Eldəniz Quliyev də bu məsələni Milli Şuranın iclasında qaldıracağını deyib.

Milli Şuranın sədri Cəmil Həsənli isə yaranmış duruma münasibət bildirmək istəməyib: “Bu məsələyə münasibət bildirmək istəmirəm. Tərəflərin özləri ilə bu məsələyə aydınlıq gətirsin”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO