“ABŞ səfirinin ayaqqabısının altını yalamaqdansa, milli qazana baxmaq yaxşıdır”

“ABŞ səfirinin ayaqqabısının altını yalamaqdansa, milli qazana baxmaq yaxşıdır”

Hazırda oxunan: “ABŞ səfirinin ayaqqabısının altını yalamaqdansa, milli qazana baxmaq yaxşıdır”

36148

“El” hərəkatının həmtəsisçisi, Milli Şura üzvü Eldəniz Quliyev “Azadlıq” qəzetinə açıqlama verərək politoloq Cümşüd Nuriyevi “qazan dibi yalayan” adlandırıb.

Moderator.az-a açıqlama verən Cümşüd Nuriyev Eldəniz Quliyevin bu sözlərini tərbiyəsizlik adlandırdı:

“Eldəniz Quliyevin heç bir savadı, əxlaqı yoxdur o, boş qazan kimi danqıldamaqla məşğuldur. Bu adam küçə səviyyəsində bir insandır. Əgər onun savadı, arqumenti varsa buyursun sözünü desin. E.Quliyev özü qazan dibi yalayır deyə elə bilir ki, başqaları da onu kimidir. ABŞ səfirinin ayaqqabısının altını yalamaqdansa, milli qazana baxmaq yaxşıdır”.

Politoloq Eldəniz Quliyevin bu kimi çıxışlara davam edəcəyi halda, onu məhkəməyə verəcəyini bildirdi:

“E.Quliyev öz tərbiyəsizliyindən əl çəkməyəcəksə, mən məhkəmə orqanlarına müraciət edib onunla hüquqi müstəvidə danışmalı olacağam. Bu adamı yalnız məhkəmə yolu ilə başa salmaq mümkündür”. 

Xəyal Əzizov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO