Bir manatlıq seçkilər”¦

Bir manatlıq seçkilər”¦

Hazırda oxunan: Bir manatlıq seçkilər”¦

33505
Bu gün prezidentlik iddiasında olanların MSK-dan götürdükləri imza vərəqlərini təhvil vermələri üçün son gündür. Budəfəki imzatoplama kampaniyası isə əvvəlki illərdən xeyli fərqlənib və namizədlərin imza almaq üçün daha çox əziyyət çəkmələriylə müşayiət olunub. Belə ki, seçkilərin oyun və namizədliyini irəli sürənlərin oyunçu olduqlarına şübhə etməyən seçicilər ortada fırlanan saxta seçki fondlarından onlara çatacaq məbləğin davasına çıxıblar. Moderator.az- a daxil olan təkzibedilməz məlumatlara görə bu il demək olar ki, bütün namizədlər 40 min civarında olan səsin hər biri üçün ən azı bir manata ödəyiblər. Hətta bəzi diribaş seçicilər hər səs üçün 2, bəzən də 3 manat qopara biliblər. Ancaq mənbə iddia edir ki, bəzi namizədlər(simic namizədlərin adları bizə bəlli olsa da açıqlamırıq) seçiciləri aldadaraq nəinki 1 manat ödəməkdən imtina ediblər, adambaşına hər ailəyə 50 qəpik ödəyiblər ki, bud a narazılığa səbəb olub. Hətta bəzi rayonlarda MSK-ya şikayət etmək qərarına gəliblər, ancaq sonradan onların pulları ödəndiyindən ara sakitləşib. 

Deyəsən builki seçkilər tarixdə 1 manatlıq seçki kimi düşəcək. maraqlıdır ki, Rüstəm İbrahimbəyov da bu günlərdə Milli Şuranın namizədinin seçki kampaniyası üçün “adambaşına 1 manat” aksiyası təklif etmişdi”¦

 


Bir manatlıq seçkilər”¦
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO