Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay

Hazırda oxunan: Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay

33093

İstənilən inkişaf etmiş ölkə, hətta hegemon dövlətlərin ən narahat olduğu məsələ ekologiya və ətraf mühitin mühafizəsidir. Azərbaycan bu sahədə də əksər dövlətərə örnək ola bilər. Buna təsdiq kimi, Türkiyədəki meşə yanğınlarını göstərmək olar.

Çünki Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşları və yüksək səviyyəli texnologiyaları yanğınların söndürülməsində müstəsna rol oynadı.

Yardımlı, Ağsu, Şamaxı və Qəbələ meşə yanğınlarının daha tez və operativ söndürülməsi də Azərbaycanın ekologiya və ətraf mühitin qorunmasına verdiyi əhəmiyyətdən irəli gəlir. Ekoloji cəhətdən ölkənin ən həssas zonası isə erməni işğalından yenicə azad olunan torpaqlardır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Zəngilanda 1500 hektar Tuqay meşələrini məhv edib


Çünki Ermənistan 30 il ərzində orada olmazın fəlakətlər, insanlığa yaraşmayan ekoterrorlar reallaşdırıb. Qarabağın üzləşdiyi əsas erməni ekoloji terrorları bunlardır: 

1. Metsamor AES-in fəaliyyəti təkcə Qarabağ yox, İran, Türkiyə, Gürcüstan, Azərbaycanın bir hissəsi və bütövlükdə Ermənistan üçün təhdiddir. Təhlükəli vəziyyətdə olan stansiyada Çernobıl qəzasının təkrarlanması Cənubi Qafqazda Hiroşima-Naqasaki effekti yarada bilər.

2. Ermənilər Oxçuçayı zəhərləməklə bütövlükdə Zəngilan, Araz çayı hövzələri və Xəzəryanı ölkələrin təbiət və heyvanat aləminə ziddi ziyan vurur ki, bundan 5 ölkənin vətəndaşları da əziyyət çəkir. Ən çox ziyan isə Azərbaycan və İrana dəyir, çünki Oxçuçayın Araza axması bu çaylar boyunca ölkələrin quru sərhədlərinin də zəhərlənməsi deməkdir. Xəzər dənizinin də iki ölkənin sahillərini yuması təhdidin kvadratıdır. 

3. Qafqazın mirvarisində basdırılan erməni minaları və bu sursatların partlaması həmin torpaqları yararsız vəziyyətə gətirir ki, oradakı meşə örtüyü məhv olur, əkinlə məşğul olmaq çətinləşir.

4. Ermənilər Bəsitçay qoruğunda 300 illik ağacları məhv ediblər.

5. Qızıl yataqlarının istismarı üçün Kəlbəcərin təbiətinə də ciddi ziyan vurulub.

6. Şərqi Zəngəzur İqtisadi Rayonunda çoxsaylı çayların suyu qurudulub.

Əlbəttə ki, siyahını başqa faktlarla da genişləndirmək olar. Çünki həmin ərazilərdəki nadir ilan növləri, heyvanlar, ən bahalı göbələk növü olan dombalan da tələf və istismar edilib.

Qarabağın bənzərsiz təbiəti ermənilərin əlində son nəfəsini vermək üzrə idi ki, Ali Baş Komandan əks-hücum əmrini verdi və ordumuz torpaqları işğaldan azad etdi. Hazırda orada yenidənqurma aparıldığı kimi, təbiətin mühafizəsi istiqamətində də işlər görülür.
 

Əbəs yerə deyil ki, Zəngilanın 3 kəndində “Ağıllı kənd” layihələri nəzərdə tutulub. Bu da Qarabağın yaşıl iqtisadi zonaya çevriləcəyidən xəbər verir.


Son illər Bakının alternativ enerji mənbələrindən istifadəyə xüsusi önəm verməsi, ümumiyyətlə qeyri-neft sektorunun inkişafı təmiz atmosfer qatı və sağlam ekologiyaya hesablanmış addımlardır. Heydər Əliyev Fondunun “Hərəyə bir ağac əkək” layihəsi də əlamətdardır. Unutmayaq ki, bir ağacın il ərzində ifraz etdiyi oksigen 3 nəfərlik bir ailənin illik nəfəs almaq tələbatını ödəyir.

Emil Həsənzadə, Bizim.Media 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO