"AXCP Milli Şuranın vahid namizədini dəstəkləyəcək" - AÇIQLAMA

Hazırda oxunan: "AXCP Milli Şuranın vahid namizədini dəstəkləyəcək" - AÇIQLAMA

32080

 Mətbuatda AXCP-nin öz namizədi ilə seçkilərdə iştirak edəcəyi barədə məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, AXCP qarşıdan gələn prezident seçkilərindən partiyanın sədri Əli Kərimli ilə təmsil olunacaq. AXCP sədrinin müavini Asəf Quliyev avropa info-ya açıqlamasında yayılan informasiyaları təkzib etdi. Onun dediyinə görə, bəzi mətbuat orqanları AXCP sədri Əli Kərimlinin Ali Məclisin son sessiyasındakı çıxışını aidiyyatı olmayan istiqamətdə yozurlar. "Sözsüz ki, Rüstəm İbrahimbəyov gəlməyəcəksə, AXCP Milli Şuranın ehtiyat namizəd və bu qurumun seçkilərə qatılması məsələlərində israr edəcək. AXCP seçkidən kənarda qalmaq fikrində deyil. Lakin biz məhz Milli Şuranın vahid namizədi ilə seçkilərə qatılmağın tərəfdarıyıq",-deyə o bildirib. Əli Kərimlinin bu gün mətbuatda başqa yönə yönəldilən çıxışına gəlincə, AXCP sədrinin müavini qeyd edib ki, partiya sədri bildirmişdi ki, əgər Milli Şurada təmsil olunan partiyalar, ziyalılar, QHT təmsilçiləri onun namizədliyini dəstəkləyəcəyi təqdirdə, Milli Şuranın vahid namizədi olaraq seçkiyə qatılmağa hazırdır: "Lakin burada söhbət təkcə AXCP-dən deyil, bütövlükdə Milli Şuradan gedir. Bu, sadəcə, bir təklifdir. Amma AXCP bütövlükdə Milli Şuranın namizədi kim olacaqsa, onu da dəstəkləyəcək". 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO