Polad Bülbüloğlu prezidentin Rusiya səfərini təkzib etdi

Polad Bülbüloğlu prezidentin Rusiya səfərini təkzib etdi

Hazırda oxunan: Polad Bülbüloğlu prezidentin Rusiya səfərini təkzib etdi

31477
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu prezident İlham Əliyevin iyulun 31-də axşam Moskvaya səfərə getməsi ilə bağlı yayılan məlumatları təkzib edib. 

Moderator.az Publika.az-a istinadən xəbər verir ki, səfir bu barədə yayılan məlumatları yalan adlandırıb: “Əgər belə səfər olsaydı, hər halda səfir kimi mənim də xəbərim olardı. Bu məlumatlar doğru deyil”. Polad Bülbüloğlu hazırda məzuniyyətdə olduğunu da söyləyib.
 
Xatırladaq ki, “Turan” agentliyinin Moskvadakı mənbələrə istinadən yaydığı məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev iyulun 31-də axşam Moskvaya səfərə gedib. Mənbə bildirir ki, İlham Əliyev Moskvanın tam mərkəzində, Kremldən iki addım məsafədə yerləşən dəbdəbəli Lotte Hotel-də yerləşib. Həmçinin, İlham Əliyevin artıq baş nazir Dmitri Medvedevlə qeyri-rəsmi görüşü olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO