“Azərbaycan müharibəyə hazırlaşır-xa0 Biz təcili səfərbər olmalıyıq!..”

“Azərbaycan müharibəyə hazırlaşır-xa0 Biz təcili səfərbər olmalıyıq!..”

Hazırda oxunan: “Azərbaycan müharibəyə hazırlaşır-xa0 Biz təcili səfərbər olmalıyıq!..”

265633
Ermənistanın bəzi siyasi dairələri Qarabağla bağlı son Vyana danışıqlarının nəticələrinə bədbin yanaşır. Bu,xa0 "Akunk" siyasi-analitik mərkəzinin rəhbəri və təcavüzkar ölkə parlamentinin keçmiş üzvü Ruben Akopyanın həmin danışıqlara münasibətindən də bəlli olub.xa0

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, erməni politoloq ATƏT-in Minsk Qrupu həmsədrlərinin sonxa0 bəyanatındaxa0 “Vyana və Sankt-Peterburqda Azərbaycan prezidentləri arasında “Azərbaycanın dəfələrlə pozduğu” atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı razılaşmaların əks olunmamasından” narahatlığını ifadə edib.
xa0
Keçmiş deputatxa0 müdafiə naziri D.Tonoyanın Nyu-Yorkdakı son təcavüzkar xislətli bəyanatını alqışlasa da,xa0 Ermənistan cəmiyyətindəki hakimiyyət başındakıların bölücü bir siyasətinin nəticəsi kimi formalaşmış qarşılıqlı nifrət mühitinin təhlükəli olduğunu vurğulayıb.xa0xa0

Digər tərəfdən, R. Akopyan Azərbaycanın müharibəyə hazırlaşmasından əmin olduğunu da ifadə edib:xa0

“Əminəm ki, Azərbaycan müharibəyə hazırlaşır və Ermənistan tərəfi bu çağırışlara cavab vermək üçün təcili olaraq gücləri səfərbər etmək məcburiyyətindədir...”

P.S. Deyirik, ermənilər Azərbaycandan qorxur, bəs nə vaxt onları bu qorxu ilə torpaqlarımızdan qaçmağa məcbur edəcəyik?..

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO