Ukraynanın paytaxı Kiyev şəhərinin Qolosiyevski rayonunda naməlum silahlı şəxs insanlara atəş açıb.
Bizim.Media Ukrayna KİV-nə istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Şəhər meri Vitali Kliçko özünün Telegram kanalında atəş açan şəxsin saxlanılması üçün xüsusi əməliyyatın davam etdiyini açıqlayıb.
"Atəş açan və hazırda supermarketdə olan şəxsin saxlanılması üçün xüsusi əməliyyat davam edir. İlkin məlumata görə, supermarketin içərisində də silah səsləri eşidilib. Atışma nəticəsində bir neçə nəfər yaralanıb və bir neçə nəfər ölüb", - deyə mer bildirib.
Onun sözlərinə görə, yaralılar arasında bir uşaq da var.
Ukraynanın daxili işlər naziri İqor Klimenko isə qısa müddət sonra bildirib ki, cinayətkar 1968-ci il təvəllüdlü Dmitri Vasilçenkov olub. Nazirin sözlərinə görə, silahlı şəxs supermarketdə zərərsizləşdirilib.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə isə, hadisə nəticəsində iki nəfər ölüb, azı 10 nəfər xəstəxanaya yerləşdirilib.
Yaralılar arasında bir uşağın da olduğu qeyd edilir. "Unian" yazır ki, silahlı şəxs əvvəlcə Kiyevin Demeevka ərazisində küçədə insanlara atəş açıb.Daha sonra o, supermarketə daxil olub.
Polis əməkdaşları onu təslim olmağa çağırsa da, bu cəhdlər nəticəsiz qalıb. Yerli mənbələr hücumdan əvvəl şəxsin yaşadığı mənzili yandırdığını da qeyd edir.
Mediada yayılan məlumatlara görə, hücum edən şəxs 58 yaşlı Moskva əsilli Dmitri Vasilyeviç Vasılçenkovdur. Qeyd olunur ki, o, əvvəlcə Donetsk vilayətinin Baxmut şəhərində yaşayıb, daha sonra isə Kiyevin Qolosiyevski rayonuna köçüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

- A-
- A
- A+
Dünya
20:26 / 18.04.2026
Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib - FOTO
Hazırda oxunan: Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib - FOTO
Hazırda oxunan: Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib - FOTO
607949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































