Azərbaycan səfiri:

Azərbaycan səfiri: "Qətərin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk"

Hazırda oxunan: Azərbaycan səfiri: "Qətərin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk"
259296
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Qətərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini yüksək qiymətləndiririk. Qətər müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində hələ də Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarının qaytarılmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanı dəstəkləyir".

"Peninsula" nəşri xəbər verir ki, bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycan və Qətər diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edəcək.

Diplomat vurğulayıb ki, hər iki ölkə demək olar, bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün önəmli addımlar atır, yüksək səviyyəli səfərlər mübadiləsi həyata keçirir. (Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO