Rusiya Müdafiə Nazirliyi kilsə tikdirəcək - GÖZLƏNİLMƏZ...

Rusiya Müdafiə Nazirliyi kilsə tikdirəcək - GÖZLƏNİLMƏZ...

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi kilsə tikdirəcək - GÖZLƏNİLMƏZ...

248181
Rusiya Müdafiə Nazirliyi 2020-ci ildə Moskvada hündürlüyünə görə dünyada 3-cü yer tutacaq bir kilsə tikdirməyi planlaşdırır.xa0

Moderator.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki,xa0 hündürlüyü 95 metr olacaq kilsə şəhər yaxınlığındakı “Vətənpərvər”xa0 parkında tikiləcək.xa0xa0

Xəbərdə qeyd edilir ki, ümumiyyətlə, son illər keçirilən sosioloji sorğulara görə, Rusiya əhalisi daha çox məhz ordu və kilsəyə etibar edir. Ölkənin hərbi rəhbərliyinin də xristian ibadətgahı tikdirmək marağı, görünür, həm də bu amildən qaynaqlanır. Məlumata görə, sorğulara əsasən, əgər Dövlət Dumasına respondentlərin təxminənxa0 35,9 faizi(və ya təxm. 3 nəfərdən biri) etibar edirsə, orduya 85 faizi, pravoslav kilsəsinə isə 69,5 faizi etibar edir.


P.S. Göründüyü kimi, Rusiya rəhbərliyi, o cümlədən Müdafiə Nazirliyi ölkə əhalisinin əsas hissəsinin sitayiş etdiyi pravoslav dininə çəkinə-çəkinə yanaşmır, dövlət və kilsə, ordu və kilsə, eləcə də xalq-kilsə münasibətləri kifayət qədər istidir. Odur ki, biri-birinə dəstək verirlər. Təəssüf ki, son onilliklərdə, xüsusən 11 sentyabr 2001-ci il terror aktından sonra Azərbaycanda dinimiz İslama çox ehtiyatla, hətta bəzən qorxa-qorxa yanaşır, az qala, Amerika və Avropa ölkələri, Çində və s. olduğu kimi, hər bir ibadət edən mömində, hicablı qadındaxa0 potensial terrorçu görürük…xa0

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO