Qənirə Paşayeva AŞPA-da TANAP və Bakı-Tiflis-Qars dəmiyrolu layihəsindən danışdı...

Qənirə Paşayeva AŞPA-da TANAP və Bakı-Tiflis-Qars dəmiyrolu layihəsindən danışdı...

Hazırda oxunan: Qənirə Paşayeva AŞPA-da TANAP və Bakı-Tiflis-Qars dəmiyrolu layihəsindən danışdı...
230675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Moderator.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva AŞPA-da TANAP və Bakı-Tiflis-Qars dəmiyrolu layihəsindən danışıb və Avropa təşkilatları rəhbərlərinə çağırış edib:
xa0 xa0xa0
“Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu. Azərbaycan və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addım idi. Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini də ciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan Avropalı tərəfdaşları ilə birlikdə sadəcə özünün deyil, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verən layihələri həyata keçirir. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tiflis-Qars dəmiryolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma çox təəssüf ki, bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın 25 ildən artıqdır ki, işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. AŞPA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və AŞPA-nın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqazda gərginliyin azalması, sabitlik və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları azad etməsindən keçir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO