Hamı martın 18-də yenidən prezident kürsüsünə sahiblənən Vladimir Putini ABŞ prezidentinin təbrik etməyəcəyini proqnozlaşdırsa da proqnozlar qənimi kimi dünyanı heyrətləndirməyi bacarmış Donald Tramp fərqli addım ataraq Rusiya prezidentini təbrik etdi. Bundan sonra bir neçə sual aktuallıq qazanmağa başlayıb:
"İki qoçun başı bir qazanda qaynaya bilərmi? Trampın Putinə jesti nəyin əlamətidir görəsən? Kötək və əppək siyasəti kimin, daha doğrusu, hansı xalqların və ölkələrin başında çatlayacaq? Həm sanksiya, həm əməkdaşlıq bir arada mümkünmü?
Moderator.az əməkdaşının suallarını cavablandıran politoloq Cümşüd Nuriyev deyir ki, Trampın diletantlığı ABŞ-ın başına bəla olmaqda davam edəcək:
"Siyasi cəhətdən D.Tramp V.Putinlə müqayisədə qoç deyil, yalnız yolunu çaşmış bir quzu ola bilər. Çünki tarixən bir imperiya olan Rusiya daha çox eyni kökənli xalqdan təşkil olunduğuna və milli genetik yaddaşı eyni olduğuna görə, müxtəli xalqların nümayəndələrindən təşkil olunmuş və müxtəlif genetik yaddaşlı ABŞ-dan daha güclüdür. Düzdür, Amerikada dərin dövlət güclü olsa da onlar ABŞ-ın xarici siyasətinə daha çox mənsub olduqları xalqın maraqlarını calayırlar. D.Trampın zəngi daha çox Putinə xeyir gətirdi, çünki Avropa Rusiyadakı seçkiləin şəffaflığına şübhə ilə yanaşırdı. Artıq Avropa siyasi şapalağını aldı. İkincisi, Tramp siyasi tələskənliyə yol verdi, çünki Rusiyanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq Putinin qalib gəldiyini elan etməmişdi. Bu isə Amerika prezedentinin siyasi diletantlığını bir daha gündəmə gətirdi. Üçüncüsü, Rusiya hərbi qüdrətini virtual olaraq dünyaya bəyan etdikdən sonra dünyaya hegemonluq edən bir dövlətin başçısı mütləq gözləmə mövqeyində qalmalı idi.xa0 xa0 xa0xa0
ABŞ-ın iqtisadi sanksiyaları Rusiyanın bir dövlət kimi iqtsadi qüdrətini artırdığına görə, artıq bu qadağalar öz gücünü nisbətən itirmişdir. Rusiya bu müddət ərzində həm hərbi, həm iqtisadi və həm dəxa0 siyasi qüdrətini bərpa etdi. Rusiyaya qarşı təşkil olunmuş siyasi gedişlər (həm idman sahəsində, həm siyasi qətllər sahəsində və s.) kifayət qədər səviyyəsiz və primitiv xarakter daşıyır. Rusiya hazırda Amerikanı gizli hazırlanmış və hiyləgər provakasiyalara çəkir, lakin ABŞ adekvat adımlar atmaqda hələ də gecikir. Belə davam etsə, Trampın prezidentliyi müddətində Amerika çox ciddi problemlərlə üzləşəcək".





































































































