Elnur Məmmədov Ermənistanın daha bir yalanını üzə çıxartdı: "Sosial şəbəkələrdə saxta hesablar açıblar"

Hazırda oxunan: Elnur Məmmədov Ermənistanın daha bir yalanını üzə çıxartdı: "Sosial şəbəkələrdə saxta hesablar açıblar"

188562

“Ermənistan sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərə məxsus olduğu iddia edilən saxta hesablar yaradıb, onların vasitəsilə nifrət nitqi yayıb. 2021-ci ildə “Twitter” Ermənistan hökumətinə bağlı olan, azərbaycanlılara qarşı nifrət nitqi yayan və ya saxta hesablar olan, həmçinin guya azərbaycanlı istifadəçilərə məxsus olan və ermənilərə qarşı nifrət ifadə edən 30-dan çox hesab müəyyən edib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın rəsmi nümayəndəsi dinləmələr zamanı bildirib ki, guya Azərbaycan Ermənistanın irqi cinayətləri ilə bağlı heç bir video sübut təqdim edə bilməz:

“Bu, yenə açıq-aşkar yalandır. Ermənistan nümayəndəsinin iddiasının əksinə olaraq, təkcə Azərbaycanın iddiasına azərbaycanlılara qarşı törədilmiş dəhşətli vəhşilikləri əks etdirən nə az, nə çox, 17 video əlavə edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO