Rumıniyanın energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Mərkəzində olub - FOTO/VİDEO

Rumıniyanın energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Mərkəzində olub - FOTO/VİDEO

Hazırda oxunan: Rumıniyanın energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Mərkəzində olub - FOTO/VİDEO

185228

Rumıniyanın energetika naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Rumıniya tərəfindən həmsədri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb.
DOST mərkəzlərində ötən dövrdə 2,1 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu bildirilib. Nazirliyin 159 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı da qeyd olunub.

Ölkəmizin DOST və elektron xidmətlər üzrə təcrübələrinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanıb. Bir sıra ölkələrin, o cümlədən Rumıniyanın da DOST modelinin tətbiqinə maraq göstərdikləri diqqətə çatdırılıb.

Nümayəndə heyəti mərkəzdə xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, vahid əlaqələndirmə mərkəzi ilə tanış olub.

DOST Agentliyində qonaqlar üçün DOST konsepsiyası və sosial sahədə elektronlaşma proqramına dair təqdimatlar edilib.

Qeyd edək ki, bu gün Rumıniya nümayəndə heyətinin iştirakı ilə Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclası olub, yeni əməkdaşlıq sənədləri imzalanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO