Səfir:

Səfir: "Pakistan-Azərbaycan əlaqələri getdikcə dərinləşir"

Hazırda oxunan: Səfir: "Pakistan-Azərbaycan əlaqələri getdikcə dərinləşir"
184775
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Pakistan və Azərbaycan arasında əlaqələr getdikcə dərinləşməkdədir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi-ticari, təhlükəsizlik, müdafiə, mədəniyyət, təhsil və digər sahələrdə uğurla davam etdirilir”.

Bizim.Media xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan İslam Respublikasının Milli Günü münasibətilə martın 29-da təşkil edilən rəsmi qəbulda deyib.

Ölkəsinin müstəqillik tarixindən danışan diplomat Pakistanın bundan sonra da davamlı inkişaf edərək güclənəcəyindən əminliyini ifadə edib.
"Biz inanırıq ki, Azərbaycan Qarabağ problemini uğurla həll etdiyi kimi, Pakistan da Kəşmir məsələsini həll edəcək. Ölkələrimiz hər zaman bir-birini dəstəkləyib və bu dəstək bundan sonra davam etdiriləcək", - deyə Bilal Haye vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO