Annalena Berbok Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə TƏBRİK EDİB

Hazırda oxunan: Annalena Berbok Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə TƏBRİK EDİB

180326

Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. 

Bizim.Media xəbər verir ki, bu barədə almaniyalı nazir Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla Berlində görüşü zamanı bildirib.

Berbok ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO