Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCU-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. xa0
ALP sədri Əvəz Temirxan Moderator.az-a açıqlamasında təyinata münasibət bildirib:
“Bu təyinatın nə ilə nəticələnəcəyini bilmək üçün zamana ehtiyac var. Mən bu barədə proqnoz vermək istəmirəm. Amma demək istəyirəm ki, Azərbyacanda dərin köklü islahatlara ehtiyac var. Bu islahatlar baş verməsə yaxşı bir şeyə ümid etməyə dəyməz. Hakimiyyətin siyasi islahatlar aparmasına da inanmıram. Çünki bu baş versə iqtidarın sütunu sarsıla bilər. Ölkəmizdə siyasi problemlərlə yanaşı iqtisadi azadlıqlar da yox dərəcəsindədir.”x9d
































































































