"Vaxtilə Sərkisyan elan etdi ki, həyatını Qarabağ probleminə həsr edib və..."

Hazırda oxunan: "Vaxtilə Sərkisyan elan etdi ki, həyatını Qarabağ probleminə həsr edib və..."

159132
“Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, hesab edirəm ki, bu istiqamətdə müəyyən irəliləyişlər baş verəcək. Fikrimcə, ətraf rayonlar məsələsi yaxın vaxtlarda müsbət həll ediləcək. Amma bütövlükdə Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda həll edilməsini gözləmirəm”x9d.xa0

Bunu Azərbaycan Ali Sovetinin sabiq sədri, professor Yaqub Məmmədov deyib. Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatlarını da şərh edib.

Professor hesab edir ki, Ermənistan rəhbərliyi öz sözünü demir:xa0

“Əgər söhbət Serj Sarkisiyandan, onun son fikirlərindən xa0gedirsə, nəzər alın ki, erməni prezident öz sözünü demir. Bu sözü ona dedirdən qüvvələr var. Odur ki, bu təşəbbüslər ancaq Sərkisyanın fikri deyil. Reallıqlar göstərir ki, münaqişənin hərbi fazada həlli yolları hələlik yoxdur. Odur ki, indilikdə münaqişə danışıqlar vasitəsliə həll edilməlidir.xa0
Sərkisyanın mövqeyi prinsipcə bəllidir. Məsələn, vaxtı ilə Sərkisyan açıq elan etdi ki, bütün həyatını Qarabağ probleminə həsr edib və nə qədər ki, o var Qarabağın Azərbaycanın tərkibində olmasına imkan verməyəcək. Bu adam öz münasibətini açıq şəkildə bildirib. Odur ki, bu məsələlər nəzərə alınır”x9d.(teleqraf.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO