Müdafiə Nazirliyi: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır

Müdafiə Nazirliyi: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır

Hazırda oxunan: Müdafiə Nazirliyi: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır
155836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır”x9d.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir. Bəyanatda deyilir:

“Bir daha bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir. Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır. Qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb.

Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə, düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO