Abdullahianı Bakıya gətirən SƏBƏB - Səfirliyimizə hücum edən terrorçu cəzalandırılacaq?

Abdullahianı Bakıya gətirən SƏBƏB - Səfirliyimizə hücum edən terrorçu cəzalandırılacaq?

Hazırda oxunan: Abdullahianı Bakıya gətirən SƏBƏB - Səfirliyimizə hücum edən terrorçu cəzalandırılacaq?

144887

Qoşulmama Hərəkatı əlaqələndirmə Bürosu nazirlərinin Bakı görüşündə iştirak üçün ölkəmizə gələn İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. 

Bu görüşlə bağlı İran XİN rəhbəri Bakıda möhtərəm Prezident, cənab İlham Əliyevlə konstruktiv, ətraflı və səmərəli görüş keçirdiyini bildirib: 

"Gözlənilir ki, bu səmimi dialoqun nəticələri iki dost, qardaş və qonşu dövlət olan İran və Azərbaycan arasında münasibətlərdə yeni səhifə açacaq, iki ölkənin düşmənlərini və bədxahları məyus edəcək".

Qeyd edək ki, Bakı ilə Tehran arasında münasibətlər ikincinin qeyri-konstruktiv mövqeyini davam etdirməsi səbəbindən hələ də gərgin olaraq qalır. İran Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu həyata keçirənlərlə bağlı hələ də ortaya konkret nəticə qoymayıb. 

Bundan başqa, İran Azərbaycan dövlətinə qarşı çıxan vətəndaşları himayə etməkdə davam edir. Digər tərəfdən, bu ölkənin “politoloqları” tərəfindən Azərbaycan əleyhinə kampaniya da səngiməyib.

Düzdür, Abdullahianın Bakı səfəri ərəfəsi İran XİN-in sözçüsü ölkəsinin səfirliyə hücumla bağlı məsələni araşdırmaq istiqamətində ciddi addımlar atdığını bəyan edib. Amma bu da hələlik ancaq quru sözlərdən ibarətdir.  

Belə bir vəziyyətdə, görəsən Abdullahianın Bakı səfəri İran-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verəcəkmi?

Bizim.Media-ya açıqlama verən politoloq Taleh Əliyev İranla Azərbaycan arasında keçən ildən başlayan gərginliyin Abdullahianın Bakı səfəri və keçirdiyi görüş sayəsində əvvəlki sakit məcraya qayıdacağını düşünmür: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və İran nümayəndə heyətləri yaxın tarixdə GÖRÜŞƏCƏK


“Çünki tərəflərin bir-birinə qarşı irad və ittihamları, son 30 ildə İranın Azərbaycana qarşı apardığı çoxsaylı təxribatlar fonunda Tehran bu siyasətindən əl çəkməyincə, iki ölkə arasındakı münasibətlərin vvvəlki kimi mehriban qonşuluq müstəvisinə qayıdacağı inandırıcı deyil. 

Amma səfirliyə hücum edənlərlə bağlı ədalətli cəza tətbiq edilsə, bu, İran-Azərbaycan münasibətlərində yeni etimad yarada bilər. Lakin tamamilə ədalətli məhkəmə prosesinin keçiriləcəyinə inanmıram.

Çünki hücumu təşkil edən ədalətli mühakimə olunanda, onun arxasında duran şəbəkə də üzə çıxmalıdır. Bu isə çox güman İranın hakim dairələrinə gedib çıxacağından, məhkəmənin ədalətli olacağı gözlənilmir. Problemlər ciddidir. Onun kökü də Tehran hakimiyyətinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və Konstitusion quruluşuna qarşı olan məkirli siyasətindən doğur”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO