
- A-
- A
- A+
Ermənistanda gərginlik: Karapetyanın tərəfdarları aksiya keçirirlər - Video
Müxalif “Güclü Ermənistan” blokunun lideri ermənistanlı iş adamı Samvel Karapetyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət yaxın bir saat ərzində məhkəməyə təqdim olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Hetq” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu gün təxminən 30 nəfərə ittiham irəli sürülüb, Samvel Karapetyan isə saxlanılıb.
Karapetyanın tərəfdarları İstintaq Komitəsinin inzibati binasının həyətində toplaşaraq onun həbsinə etiraz ediblər.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi “Ermənistan Elektrik Şəbəkələri” QSC-yə 64,5 milyard dram (təxminən 170 milyon dollar) ziyan vurulması ilə bağlı cinayət işi çərçivəsində 36 nəfər barəsində cinayət təqibinə başlayıb. Təqib olunanlar arasında şirkətin sahibi Samvel Karapetyan da var.
İstintaq Komitəsinin məlumatına görə, 2016-2024-cü illərdə Karapetyanın təşkilatçılığı ilə şirkətin bir sıra məsul şəxsləri səlahiyyətlərindən sui-istifadə edib, şirkətin əmlakını mənimsəyib və çirkli pulların yuyulması ilə məşğul olublar.
İstintaqın versiyasına əsasən, şirkətin normal fəaliyyəti üçün zəruri olmayan kreditlər cəlb edilib, daha sonra vəsaitlər dividend, borc və avans ödənişləri şəklində köçürülüb.
Komitənin məlumatına görə, şirkətdən qanunsuz olaraq ümumilikdə 23,1 milyard dram çıxarılıb. Ehtimal olunan əməllər nəticəsində şirkətə dəymiş ümumi zərər isə 64 milyard 585 milyon dram təşkil edib.
Cinayət işi çərçivəsində bu gün 65 mənzildə və şirkətlərin fəaliyyət ünvanlarında eyni vaxtda axtarışlar aparılır. Həmçinin 36 nəfərin saxlanılması barədə qərar qəbul edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































