"Birisi dovşan kimi Surətə əsir düşür, amma qəhrəmanlığından danışır..."

Hazırda oxunan: "Birisi dovşan kimi Surətə əsir düşür, amma qəhrəmanlığından danışır..."

139751
1993-cü ilin İyun hadisələri ilə bağlı baş verənlərə heç bir aidiyyatı və çəkisi olmayan o qədər adam "qəhrəman" cildinə girərək danışır ki, adamın matı-mutu quruyur. Tərəflər Elçibəy və o dövrün iqtidarı (cəbhəçilər, müsavatçılar, yurdçular və s.), Surət Hüseynov və tərəfdarları, Etibar Məmmədov və AMİP, eyni zamanda Heydər Əliyev(o zaman YAP-ın heç bir çəkisi yox idi). Kimin səhvi, kimin günahı, kimin cinayəti var - o ayrı məsələ. Hadisələr barədə ən müfəssəl məlumatlar bu çevrədədir. Yoxsa biri çıxır mən Bəyə belə məsləhət verdim, digəri ifadə almaqdan danışır, üçüncüsü ağsaqqallıq eləməsindən danışır, dördüncüsü dovşan kimi Surətə əsir düşür, amma qəhrəmanlığından danışır. Azərbaycan tarixinə ağır zərbə vuran bu hadisələr araşdırılmalıdır, qaranlıq, indiyə qədər açılmayan suallara aydınlıq gətirilməlidir. 

Bir-iki nüansa toxunacam, lütfən bilən varsa aydınlıq gətirsin, söz güləşdürməyə həvəsim yoxdur. 


Birincisi, 4 İyundan bir qədər əvvəl hakimiyyətin ilk üçlüyünə daxil olan adamlardan kim və hansı səbəbdən Etibar Məmmədova ölkədən getməyi təklif edib. 

İkincisi, Elçibəyin Kələkiyə getməzdən öncə son görüşdüyü adam kim olub, Kələki təklifini kim verib, o dövrün dövlət katibi Əli Kərimliyə səfərlə bağlı nə üçün məlumat vermək lazımsız hesab edilib? Müdafiə Nazirliyində keçirilən müşavirənin, komanda üzvlərinin onu köməksiz vəziyyətdə qoymalarının Eıçibəyin Bakını tərk etməsində hansı təsiri olub, yoxsa başqa məsləhət verənlər olub? 

Türkiyədə mənə bir hadisə danışdılar ki, o zaman Türkiyədən gələn qonaqlarla söhbət zamanı Elçibəy 1920-ci ildə hakimiyyətin bolşeviklərə verilməsini səhv hesab etdiyini bildirib və 1940 -cı ilə qədər duruş gətirən Pribaltikanı nümunə gətirib. Əgər belə idisə onda onun Kələki səfərini, Kələkidən geri dönməməsini, nəticə etibarilə hakimiyyəti əldən verməsini zəruri edən əsas səbəb nə idi?...

Elşad Musayev, BAP sədri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO