Bəzi mətbu orqanlar mənim Gülər Əhmədovanın Hafiz Hacıyevin rəhbəri olduğu partiyaya qoşulması barədə dediklərimi səhv anlayaraq fikirlərimi olduğu kimi təqdim etməyib.
Bunu Moderator.az-a açıqlamasına Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayav deyib. YAP sözcüsünün sözlərinə görə, Hafiz Hacıyev Azərbaycan siyasətində özünə məxsus dəst-xətti olan bir partiya rəhbəridir:
“Hafiz Hacıyevin Azərbaycan ictimai həyatında özünə məxsus dəst-xətti var. H.Hacıyev bu gün bizim iqtidara qarşı müxalifətdə dursa da, xalqa, dövlətçiliyə qarşı müxalifətdə deyil. O, öz sözünü hansısa siyasi maraqlara görə redaktə edən siyasətçilərdən deyil. H.Hacıyev hər zaman sözünü birbaşa hədəfə ünvanlayan siyasətçilərdən biridir. Hafiz Hacıyevin özünə görə xüsusi hörməti vardır.
Gülər Əhmədovaya gəldikdə isə biz ona gələcək siyasi fəaliyyətində uğurlar arzulayırıq".































































































