"Dağlıq Qarabağ ərazisindəki uranı istismar etməklə, onun zəhərli maddələrini Azərbaycana axıdırlar".
Moderator.az xəbər verir ki, bunu xa0parlamentdə xa0“Nüvə materialının fikizi mühafizəsi haqqında”x9d konvesniyaya düzəlişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Elman Məmmədov deyib.
Elman Məmmədov bildirib ki, xa0Sovetlər dövründə Dağlıq Qarabağ ərazisində o vaxtlar Mardaket rayonun ərazisində Çıldıran Dranbol ərazisində uran yataqları var və onun bir hissəsi də Kəlbəcər rayonu ərazisindədir: “İşğaldan sonra yataqdan çıxardıb işlədilir. Xaçın və Tərtər çayları vasitəsilə tullantıları vasitəsilə Azərbaycana tərəfinə axıdılır. Çayların radiasiya yükü yoxlansa bu ortaya çıxır. Yəqin ki, bununla müvafiq orqanlar məşğul olur və beynəlxalq təşkilatlara müraciət ediləcək”x9d.






























































































