Vladimir Putin Bəşər Əsəd və onun ordusundan narahatçılığını dilə gətirib.
Moderator.az "Röyters"ə istinadən xəbər verir ki, Putin son dörd ayda aktiv hava hücumu həyata keçirib Bəşər Əsəd ordusunun mövqelərini möhkəmlətsə də, ordu lazımı fəallığı göstərə bilmir.
“Quru qoşunları hərbi əməliyyatların öhdəsindən gələ bilmir. Nəticədə bizim apardığımız mübarizə lazımi effekti vermir. Bu da bizi məyus edir”x9d, deyə Putin vurğulayıb.
Suriyanın ikinci ən böyük şəhəri Hələbdə rus aviasiyası lazımı hava zərbələri endirsə də, quru qoşunları irəliləyişə nail ola bilmir. Amma nəzərdə tutulan plana görə, Əsəd ordusu indiyədək Hələbdə nəzarəti ələ keçriməli idi. Bunun gecikməsi isə Moskvanın planlarını alt-üst edir.

































































































