Azərbaycan əleyhinə qətnaməyə etiraz olaraq Fransa Senatının qarşısında AKSİYA -FOTO/VİDEO

Azərbaycan əleyhinə qətnaməyə etiraz olaraq Fransa Senatının qarşısında AKSİYA -FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan əleyhinə qətnaməyə etiraz olaraq Fransa Senatının qarşısında AKSİYA -FOTO/VİDEO
104454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər.

Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər.

Onlar senatorları qətnaməni qəbul etməməyə çağırırlar.

Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalətli münasibət tələb edirlər.

Aksiyada “Biz ədalət istəyirik!”, “Fransa neytral ol!”, “Senat ədalətli ol!”, “Fransa ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirilir.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, bu gün Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Senatın 6 üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib.
Azərbaycanlılar Fransa parlamentinin yuxarı palatasında baxılmaq üçün təklif olunan anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına müraciət olaraq petisiya əsasında imza toplayıblar.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO