Vaksin istehsalçısı rekord qazanc əldə etdi

Hazırda oxunan: Vaksin istehsalçısı rekord qazanc əldə etdi

72803

Ötən ilin ilk rübündə ABŞ-ın “Pfizer” şirkətinin gəliri 25.7 milyard dollar təşkil edib. Bu da ötən illə müqayisədə 77% çoxdur. 

Bizim.Media-nın xəbərinə görə, göstəricilər şirkətin bu gün yaydığı məlumatda əks olunub.

Hesabat dövründə farmakologiya şirkətinin xalis mənfəəti 8 milyard dollara çatıb. Dövriyyənin artmasının səbəbi koronavirus əleyhinə vaksinlərin kütləvi istehsalıdır.

Şirkət cari ildə təxminən 100 milyard dollarlıq dövriyyəyə nail olmağı planlaşdırır. Bunun da təxminən 20%-i Covid-19 əleyhinə həblərin istehslından əldə edilməlidir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO