Vaksin olunanların SON SAYI açıqlandı

Hazırda oxunan: Vaksin olunanların SON SAYI açıqlandı

65545

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 052 vaksin vurulub.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Gün ərzində birinci doza vaksinlərin sayı 835, ikinci doza vaksinlərin sayı 1 981 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 14 417-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 819 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 338 542, birinci doza peyvəndlərin ümumi sayı 5 317 920, ikinci doza vaksinlərin sayı 4 811 119 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 2 986 755, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 222 748 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO