Qızılcaya yoluxanlar evdə özlərini müalicə etməməlidirlər - TƏBİB

Hazırda oxunan: Qızılcaya yoluxanlar evdə özlərini müalicə etməməlidirlər - TƏBİB

168047

“Qızılca xəstəliyinə yoluxan insanlar tibb müəssisələrimizə müraciət edir. Əlbəttə ki, çeşidlənmə həyata keçirilir, xəstələrin vəziyyəti dəyərləndirilir. Xəstələrin sayı artdıqca, ehtiyac olduğu təqdirdə stasionar şəkildə müalicə olunur, digərləri isə ambulator şəraitdə, həkim nəzarəti altında müalicə edilir. Qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hal hesab edilmir”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçi direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

V.Qurbanov bildirib ki, xəstəyə mütləq ixtisaslı həkimlər baxmalıdırlar. Bu xəstələrin evdə müalicəsi doğru deyil, özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna təbii ki, hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul etmək iqtidarındayıq.

TƏBİB sədri, eyni zamanda, qızılca ilə bağlı valideynlərə çağırış edərək:

“Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğunu görərsə tibb müəssisələrimizə mütləq və həmin an müraciət etsinlər”, - deyə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO