Yaşlıların qızılcaya qarşı peyvəndlənməsinə EHTİYAC var? – Həkimdən AÇIQLAMA 

Hazırda oxunan: Yaşlıların qızılcaya qarşı peyvəndlənməsinə EHTİYAC var? – Həkimdən AÇIQLAMA 

167511

Yaxın zamanda böyük yaşlı əhalinin də qızılca xəstəliyinə qarşı peyvəndinə start veriləcək. Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva açıqlayıb. Onun sözlərinə görə tezliklə böyüklərin imunlaşdırılması üçün Azərbaycana peyvənd materiallarının gətirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, bu ilin aprelindən bəri ölkədə 300-dən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Səhiyyə Nazirliyi bildirir ki, onlardan 35-i yaşlı insanlar olub.

Əvvəlki dönəmlərdə qızılcaya qarşı peyvəndlənmənin məcburi olduğunu əsas gətirsək, yaşlı insanların peyvəndlənməsinə ehtiyac var? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Aydın Əliyev bildirib ki, şəxs qızılca keçirməyibsə və ya peyvənd olunmayıbsa, vaksinasiyaya cəlb edilməsi məsləhətdir. Yox əgər xəstəlik keçiribsə və ya peyvənd edilibsə, təkrar vaksinasiyaya ehtiyac yoxdur: 
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı MÜRACİƏT: 10 yaşa qədər uşaqlar… 


“Bu məsələdə yaşlı gənc fərqi yoxdur. Qızılca xəstəliyinə yoluxmayan və peyvəndlənməyən hər kəs vaksin olunmalıdır. Peyvənd həyat qurtarır və həyat qoruyur, immuniteti inkişaf etdirir. Elmə dayanmayan söhbətlərdən uzaq durmaq lazımdır. Qızılcanın bu hala gəlməsinin yeganə səbəbi peyvəndləmənin yetəri qədər olmamasıdır. 

Əvvəlki dönəmlərdə vaksinasiya məcburi idi, vəziyyət belə deyildi. İndi isə durum əksinə dəyişib. O zaman ki peyvəndlənmə məsələsində boşluqlar yarandı və könüllü olmağa buraxıldı, ondan sonra qızılca geniş yayılmağa başladı. İstənilən halda yoluxucu xəstəliyə qarşı peyvənd varsa, mütləq şəkildə bundan istifadə edilməlidir”. 

Həkimin sözlərinə görə qızılca və ona qarşı peyvəndlənmə ilə bağlı təbliğat işləri gücləndirilməlidir:

“Bu qədər peyvəndlənmədən danışırıq, amma yenə də insanlar arasında vaksinasiyaya qarşı fobiya var. Bu, elmsizlikdən və məlumatsızlıqdan irəli gəlir. Cavabdeh səhiyyə qurumları bununla bağlı maarifləndirmə işləri aparmalıdır. KİV-lərdə peyvəndin elmi izahı və önəmi ilə bağlı təbliğat işləri aparılmalıdır.

Qızılca keçirənin orqanizmində ömürlük immunitet yaranır. İnsan bir dəfə bu xəstəliyi keçirirsə, dünyasını dəyişənə qədər onda qızılcaya qarşı immunitet yaranır. Xəstəliyi keçimiş şəxs elə bil ki, peyvəndlənib. Peyvənd qızılca keçirməyənlərə tətbiq olunmalıdır. Bir də o insanlara olunmalıdır ki, onlarda peyvəndə qarşı əks-göstəriş yoxdur. Az sayda insan var ki, onların peyvənd komponentlərinə qarşı allergiyası var”, deyə Aydın Əliyev əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media   


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO