“Əhalinin 70 faizi peyvəndlənsə, epidemiya sönəcək” - Mərkəz direktoru

Hazırda oxunan: “Əhalinin 70 faizi peyvəndlənsə, epidemiya sönəcək” - Mərkəz direktoru

10421

“Koronavirusa yoluxanda qazanılan təbii, vaksinasiyadan sonra yaranan süni immunitet əhalinin 70%-də formalaşarsa, epidemiya sönəcək”.

Bunu Bizim.Media-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva hazırkı epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Yumşalmalara getdiyimiz məntiqli və doğrudur” - Həkimdən açıqlama


Onun sözlərinə görə, vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır:

“Vaksinasiyanın aparılması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra bir müddət daha hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir.

COVİD-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır.

Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticisimlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək”. 

Azərbaycanda istifadə olunan “CoronaVak“ vaksininin təhlükəsiz və effektiv olduğunu vurğulayan Mərkəz rəsmisi peyvəndin effektivliyinin klinik tədqiqatlar əsasında yüksək (91,5%) qiymətləndirildiyini bildirib: 

“Peyvəndləmə bu xəstəliklə mübarizədə əsas vasitədir. Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO