Zelenski: “Kiyev Ukrayna və Rusiya prezidentlərinin görüşünün baş tutmasına çalışır” - VİDEO

Hazırda oxunan: Zelenski: “Kiyev Ukrayna və Rusiya prezidentlərinin görüşünün baş tutmasına çalışır” - VİDEO

64598

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara münasibət bildirib və onların zəruriliyini qeyd edib.

Bizim.Media xəbər verir ki, bu gecə etdiyi videomüraciətində Ukrayna prezidenti xatırladıb ki, Ukrayna və Rusiya nümayəndə heyətlərinin nümayəndələri hər gün videoformatda danışırlar.

“Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var. Elə etmək lazımdır ki, prezidentlərin görüşü baş tutsun. Əminəm ki, insanların gözlədiyi görüş olacaq. Aydındır ki, bu çətin yoldur, lakin o yolu getmək lazımdır. Və bizim məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, bu mürəkkəb danışıqlar işində Ukrayna sülh və təhlükəsizlik üçün zəruri olan nəticəni alsın”. UNIAN Ukrayna prezidentindən sitat gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Kiyevdə yaralı əsgərlərə baş çəkdi – VİDEO


Zelenski qeyd edib ki, danışmaq lazımdır:

“Bu danışıqlar sayəsində bu gün Ukraynanın müxtəlif bölgələrindən 5550 nəfər, 6 gün ərzində isə 130 mindən çox insan təxliyə edilib”.

Eyni zamanda o, Mariupola humanitar dəhlizin bağlı qaldığını deyib: “Biz lazım olan hər şeyi etdik və sükutu təmin etdik. Rus qoşunları yük və avtobus hərəkətini pozdu, lakin yenidən cəhd edəcəyik, çünki o insanlar bizimdir”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO