
- A-
- A
- A+
Region
13:34 / 16.06.2026
1 dəq oxunma
Türkiyədə ard-arda 62 zəlzələ olub
Hazırda oxunan: Türkiyədə ard-arda 62 zəlzələ olub
619579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda gecə saatlarından etibarən intensiv seysmik fəallıq müşahidə olunub.
Bizim.Media xəbər verir ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, bölgədə bir gecə ərzində ümumilikdə 62 zəlzələ baş verib.
Məlumata əsasən, təkanlar axşam saatlarında başlayaraq gecə boyu davam edib. Qeydə alınan zəlzələlərin ən kiçiyinin maqnitudası 0,8, ən güclüsünün isə 3,9 olub.
Ardıcıl yeraltı təkanlar rayon sakinləri arasında narahatlıq yaratsa da, ilkin qiymətləndirmələrə görə, hadisələr nəticəsində ölən və ya yaralanan olmayıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































