İstanbul-Antalya reysini yerinə yetirən “Turkish Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi yerüstü radarın dirəyinə çırpılıb.
Bizim.Media bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.
Aviaşirkətin yaydığı məlumatda deyilir: “İstanbuldan Antalyaya uçuş həyata keçirən təyyarəmiz Antalyaya endikdən sonra qeytə (giriş qapısına) doğru hərəkət edərkən sağ qanadı ilə radar antennasını zədələyib”.
Hava yollarının verdiyi xəbərə görə, sərnişinlər güclü zərbə hiss ediblər. Hadisə yerinə dərhal fövqəladə hallar xidməti cəlb olunub. Təyyarəyə ciddi ziyan dəyib. Göyərtədə olan 267 sərnişinin hamısı uğurla təxliyə edilib.
İlkin məlumatlara görə, sərnişinlərdən biri yüngül xəsarət alsa da, xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmayıb.
Hazırda hadisənin başvermə şəraitini və təfərrüatlarını öyrənmək üçün araşdırmalar aparılır.
Bizim.Media




































































































