Alen Simonyan: "Paşinyanın 2031-ci ildə də namizədliyini irəli sürəcəyini gözləyirəm"

Alen Simonyan: "Paşinyanın 2031-ci ildə də namizədliyini irəli sürəcəyini gözləyirəm"

Hazırda oxunan: Alen Simonyan: "Paşinyanın 2031-ci ildə də namizədliyini irəli sürəcəyini gözləyirəm"

617737

Ermənistan Parlamentinin  sədri Alen Simonyan hazırkı baş nazir Nikol Paşinyanın üçüncü müddətə namizədliyinin irəli sürülməsini tamamilə normal addım hesab etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

İrəvandakı seçki məntəqələrindən birində jurnalistlərin suallarını cavablandıran Simonyan oxşar qərarın növbəti dövrdə də verilə biləcəyini istisna etməyib:
 

"Mən Nikol Paşinyanın üçüncü müddətə namizədliyini normal qarşılayıram. Hətta mən analoji addımın 2031-ci ildə keçiriləcək seçkilərdə də atılacağını gözləyirəm və bu cür qərarların qüvvədə olan qanunvericiliyə tam uyğun olduğunu vurğulamaq istəyirəm".


Spiker fikirlərini əsaslandırmaq üçün beynəlxalq və yerli siyasi təcrübədən nümunələr gətirib. O, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın, Almaniyanın sabiq kansleri Angela Merkelin, habelə Böyük Britaniyanın keçmiş baş nazirləri Marqaret Tetçer və Toni Bleyrin dövründə rəhbər şəxslərin dəfələrlə yenidən seçildiyini xatırladıb.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçirilir və bu seçkilərin nəticələri ölkənin gələcək baş nazirinin kimliyini müəyyən edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO