“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

Hazırda oxunan: “Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU
644813
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Real” azarkeşi və onun 18 yaşlı oğlu “Barselona” ilə “El-Klasiko” zamanı “Kamp Nou” stadionundan uzaqlaşdırılıblar.

Bizim.Media xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, hadisə Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan matçda baş verib.

Bildirilir ki, o, oğlunun 18 yaşının tamam olması münasibətilə ona “El-Klasiko”ya bilet hədiyyə edib. Ata iki bilet üçün 2800 avro ödəyib.
 

Azarkeşin sözlərinə görə, stadionun girişində təhlükəsizlik əməkdaşları “Real”ın formalarını çıxarmalarını tələb ediblər. Ata və oğul Kilian Mbappenin qolunu qeyd edərkən ayağa qalxıb qucaqlaşıblar. Lakin mühafizə xidməti onların davranışını qayda pozuntusu hesab edərək hər ikisini stadiondan çıxarıb.


Nəticədə ata və oğul qarşılaşmanın qalan hissəsini stadiondan izləməkdən məhrum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO