Qətər İranın 12 milyard dollar tələbini RƏDD ETDİ

Qətər İranın 12 milyard dollar tələbini RƏDD ETDİ

Hazırda oxunan: Qətər İranın 12 milyard dollar tələbini RƏDD ETDİ
616240
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qətər hakimiyyəti İranın tələbinə baxmayaraq, bu ölkəyə məxsus 12 milyard dollar dəyərindəki aktivlərin dondurulmasını ləğv etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "Iran International" telekanalı məlumat yayıb.

"Tehranın 12 milyard dollarlıq aktivlərin dərhal və qeyd-şərtsiz dondurulmasını ləğv etmək və ABŞ ilə anlaşma memorandumunun dərc olunması ilə bağlı qəti tələbinə baxmayaraq, Qətər hakimiyyəti bu tələbi rədd edib", - məlumatda qeyd olunub.

Bildirilib ki, Qətər hökuməti yalnız 6 milyard dolları kredit şəklində verməyə hazırdır. Bu şərtə görə, Tehran həmin vəsaitlə yalnız Qətər istehsalı olan malları satın ala bilər.

Xatırladaq ki, mayın 29-da "Tasnim" agentliyinin məlumatına görə, İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair saziş layihəsinin mətni son günlər dəyişikliklərə məruz qalıb və tərəflər arasında hələ ki tam razılaşdırılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO