Fazil Mustafa:

Fazil Mustafa: "Sərdar bəyin təşəbbüsü yaxşı təşəbbüsdür, amma...”

Hazırda oxunan: Fazil Mustafa: "Sərdar bəyin təşəbbüsü yaxşı təşəbbüsdür, amma...”
44565
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ADP sədri Sərdar Cəlaloğlu Rusiyanı həm çar, həm də sovet dönəmində Azərbaycan xalqına qarşı yol verdiyi cinayətlərə görə beynəlxalq məhkəməyə verməyə səsləyib. S.Cəlaloğlunun sözlərinə görə, varislik prinsipi əsasında bütün bu cinayətlərə görə məhz müasir Rusiya dövləti cavab verməlidir.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa S.Cəlaloğlunun məlum təklifinin başadüşülən olduğunu, fəqət real nəticə verəcəyinə inanmadığını vurğuladı:

“Şübhəsiz ki, bu, təşəbbüs kimi yaxşı təşəbbüsdür. Amma bu yerdə başqa bir sual meydana çıxır. Biz torpaqlarımızı işğal edən, Azərbaycanda etnik təmizləmə aparan ermənilərə qarşı hansısa bir prosesi udmaq, onlara qalib gəlmək kimi bir uğura imza ata bilmişikmi? Əgər edə bilməmişiksə, Rusiya məsələsində bu prosesi necə irəli aparacayıq? Biz öncə erməni faktoru ilə bağlı məsələdə uğur qazanmağa çalışmalıyıq. Doğrudur, Rusiyanı beynəlxalq məhkəməyə cəlb etmək mənəvi baxımdan anlaşılandır. Lakin bu, bəlli bir sonluğa və nəticəyə gətirib çıxartmayan addım olacaq”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO