Ərdoğan ABŞ-da yaşayan türk icması ilə görüşəcək

Ərdoğan ABŞ-da yaşayan türk icması ilə görüşəcək

Hazırda oxunan: Ərdoğan ABŞ-da yaşayan türk icması ilə görüşəcək
37718
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk icması ilə görüşəcək.

Bizim.Media xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsinin təşkilatçılığı ilə baş tutacaq görüş Nyu-Yorkun Manhetten adasındakı “Manhattan Center”də keçiriləcək.

Türkiyə prezidenti görüşdə çıxış edəcək. Görüş bu gün ABŞ vaxtı ilə saat 4:00-da baş tutacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan ABŞ-a gedir


Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. O, BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcək. Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının da açılışını edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir.

Dövlət başçısının səfəri 3 gün davam edəcək. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO