
- A-
- A
- A+
Pandemiya ilə bağlı yazılan cərimələrin silinməsinə qərar verildi
Panidemiya dövründə tətbiq edilmiş məhdudiyyətlərin pozulması ilə əlaqədar, haqlarında cinayət işi açılmış vətəndaşların əfvi, həmçinin onlara yazılmış cərimələrin ləğv edilməsi barədə Gürcüstan parlamenti qanun layihəsi hazırlayıb.
Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, parlament sözügedən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
Karantinlə bağlı cəriməni ödəməyənlər AXTARIŞA VERİLƏCƏK – VİDEO
Qəbul olunan qərara əsasən, 23 iyun 2021-ci il tarixinə qədər vətəndaşlara yazılan cərimələr silinəcək.
Bununla da qanun layihəsinin qüvvəyə minməsi ilə birlikdə, 245 000 nəfərdən artıq fiziki və 344 hüquqi şəxsin cərimələri ləğv ediləcək.
Ümumilikdə isə silnməsi planlaşdırılan cərimələrin miqdarı 76 milyon lari təşkil edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































