Yunanıstanda karantinə etiraz edildi – ATIŞMA

Yunanıstanda karantinə etiraz edildi – ATIŞMA

Hazırda oxunan: Yunanıstanda karantinə etiraz edildi – ATIŞMA
2165
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yunanıstanda Selanik şəhərində karantin əleyhinə olan nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat orqanı olan “Thestival” qəzeti məlumat yayıb.

Sosial şəbəkələrdə karantinə etiraz etmək çağırışından sonra insanlar şəhərin  Ağ Qala yaxınlığına toplaşıblar.

Vətəndaşların toplanmasının qarşısını almaq üçün hadisə yerinə polis cəlb edilib.

Əvvəlcə kiçik bir atışma olub, sonra isə  vəziyyət daha  kəskinləşib. Etirazçılar polisə şüşə və boya atıblar. Buna cavab olaraq polis kütləni dağıtmaq üçün kimyəvi maddələrdən istifadə ediblər

Qeyd edək ki, Selanik şəhərində gərgin epidemioloji vəziyyət nəzərə alınaraq noyabrın 3-dən karanti elan edilib.

Noyabrın 7-dən 30-u tarixinə qədər isə ölkə üzrə  karantin tətbiq olunacaq.

Küçələrə çıxmağa yalnız SMS göndərdikdən sonra icazə veriləcək. Qayadalara görə, küçədə və qapalı ərazilərdə maska ​​taxmaq məcburidir, gecə yarısından səhər  5-ə qədər komendant saatı tətbiq olunur.

Maskanın olmaması və məsafəyə riayət edilməməsinə görə cəza isə iki dəfə artırılıb. Qaydaları pozanlar indi 150 avro əvəzinə 300 avro ödəməli olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO