Ermənistanda sentyabr məğlubiyyətinə görə araşdırmalara başlandı

Hazırda oxunan: Ermənistanda sentyabr məğlubiyyətinə görə araşdırmalara başlandı

102401

Ermənistanın ibtidai istintaq orqanları bu günlərdə sentyabrın 13 və 14-də başlayan hərbi əməliyyatlarla bağlı ciddi araşdırmalara start verib.

Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Joxovurd” qəzeti yazıb.

İstintaq orqanları iki gün ərzində düşmənin niyə və necə mövqe üstünlüyü əldə etdiyini öyrənmək məqsədilə hərbi hissələrin şəxsi heyətini dindirməyə başlayıb.

Nəşr qeyd edir ki, həmin döyüşlərlərlə bağlı yaxın vaxtlarda ittihamların səslənəcəyi gözlənilir. 
Deməli hüquq-mühafizə sistemi ərazi itkilərinə görə bütün məsuliyyət yükünü hərbi hissənin şəxsi heyətinin üzərinə atacaq, Vətənin xilası naminə kimin nə edib-etmədiyini öyrənməyə çalışacaq.
İlk ittiham artıq ortadadır. Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tibb məntəqəsinin rəisi döyüş əməliyyatları zamanı komandirin əmrinə tabe olmaqdan boyun qaçırmaqda ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO