
- A-
- A
- A+
Sankt-Peterburqda dahi Üzeyir Hacıbəylinin xatirəsi anıldı
Sankt-Peterburqda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi anılıb.
Bizim.Media xəbər verir ki, 18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və diplomatlar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan bağda olublar.
MÖVZU İLƏ BAĞLI:
Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür
Xatırladaq ki, Rusiyanın şimal paytaxtının Bəstəkarlar küçəsində yerləşən bu bağda Heydər Əliyev Fondunun və Sankt-Peterburq hökumətinin dəstəyi ilə Üzeyir Hacıbəylinin abidəsi qoyulacaq. Bu ilin yanvar ayında abidənin təməl daşı qoyulub.
Baş konsul Sultan Qasımov və konsulluğun əməkdaşları dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsini yad edib, təməl daşının önünə çiçəklər qoyublar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































