Xalq artisti evə buraxıldı - AİLƏSİNDƏN AÇIQLAMA

Xalq artisti evə buraxıldı - AİLƏSİNDƏN AÇIQLAMA

Hazırda oxunan: Xalq artisti evə buraxıldı - AİLƏSİNDƏN AÇIQLAMA
92084
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Atam xəstəxanaya yatdığı gündən bəri orada qalmaq istəmədiyini, evə getmək istədiyini söyləyirdi. Ötən gün atamı TƏBİB və eyni zamanda 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri iki günlük evə buraxdılar”.

Bu sözləri Xalq artistinin qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb.

Sənətkarın qızı atasından daha əvvəl götürülən yaxmanın cavabının gözlədiyini bildirib. 

“Atamın səhhəti yenə də ağırdır. Bildiyiniz kimi yeddi gün əvvəl atamın koronavirusa yoluxduğu üzə çıxdı. Xəstəxananın şöbə müdiri Samirə Əhmədova və digər tibb işçiləri onu kritik vəziyyətdən çıxartdılar. Lazımi müalicələr aldı. Burnundan yaxma da götürülüb. Bu gün axşam və ya sabah yaxmanın nəticələri ilə bizi məlumatlandıracaqlar. İnanın ki, elə özümüz də bu saat iynənin üstündəyik. Əgər yaxmanın cavabı neqativ çıxsa, onu TƏBİB-in köməkliyi ilə özəl xəstəxanaya yerləşdirəcəklər”. 

Xalq artisti Ənvər Həsənov müalicə aldığı TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzindən ambulator müalicə üçün evə buraxılıb. 

Bu barədə TƏBİB-in rəsmi açıqlamasında bildirilir. 

Xalq artistinin öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq, müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO