
- A-
- A
- A+
TƏBİB Xalq artistinin səhhəti ilə bağlı açıqlama yaydı
"Xalq artisti Ənvər Həsənov 28.08.2022-ci il tarixində bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib".
Bizim.Media xəbər verir ki, bu, Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı TƏBİB-in yaydığı açıqlamada qeyd edilib.
Qeyd edilib ki, Xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb.
Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb.
Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək.
Xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































