Qubada baş verən yanğın LOKALLAŞDIRILDI

Qubada baş verən yanğın LOKALLAŞDIRILDI

Hazırda oxunan: Qubada baş verən yanğın LOKALLAŞDIRILDI
89559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubanın Gədişqışlaq kəndi ərazisində meşə ərazisində yanğın lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var, yanğının digər ərazilərə keçmə təhlükəsi yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib:

“Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, ötən gündən burada alov qeydə alınmayıb, sadəcə tüstülənmə var.

Hazırda 3 yanğınsöndürən avtomobiil və 1 helikopter tüstü ocaqlarını söndürməklə məşğuldur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO