Ərdoğan Ukraynada səfərdədir - YENİLƏNİB - VİDEO

Ərdoğan Ukraynada səfərdədir - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Ərdoğan Ukraynada səfərdədir - YENİLƏNİB - VİDEO
89262
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir. 

Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, o, Lvov şəhərinə çatıb.  

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. 

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.  

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.

***

Prezident Rəcəb Tayyib Ərdoğan Polşaya səfər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TRT telekanalı yayıb.

Mənbə yazır ki, Türkiyə prezidentinin təyyarəsi Polşanın Jeşuv-Yasenki hava limanına enib. Onu bölgənin qubernatoru Radoslav Viatra və Türkiyənin Varşavadakı səfiri Cengiz Kamil Fırat qarşılayıblar. 
Polşa hava limanından Türkiyə prezidenti avtomobil yolu ilə Lvova yola düşüb. Ərdoğanın səfəri Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə həyata keçirilir.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO